TARİXİN GEDİŞATINI DƏYİŞDİRƏN FAKT
Bu audio-kitabda qısa olsa da dəqiq və aydın şəkildə İsa Məsihin dirilməsinin təkzibedilməz sübutları izah edilir, yəni məsihçi həqiqətləri sübuta yetirilir. İman edənlərə bu audio-kitab imanda daha da möhkəmlənməyə, iman etməyənlərə isə, ola bilsin ki, iman etməyə kömək edəcək. Əgər siz məsihçiliyə şübhə ilə yanaşırsınızsa, onda hər hansı qənaətə gəlməmiş bu kitabı dinləyin. Əgər İsa Məsih, həqiqətən, ölülər arasından dirilibsə və bununla Allah olduğunu sübut edibsə, onda Onu izləməkdən daha vacib heç nə yoxdur. Əgər İsa Məsih ölülərdən dirilməyibsə, itirəcək bir şeyiniz yoxdur. Bu, sadəcə, uğursuz bir zarafatdır. Heç kim bu dünyanı İsa Məsih qədər dəyişdirməyib. O, əvvəlki kimi həyatları dəyişdirməyə davam edir. Şəxsən siz Məsih haqqında nə düşünürsünüz? Onun ölülərdən dirilməsi sizin üçün nə əhəmiyyət kəsb edir? Məsihin ölməsinə, dəfn olmasına və ölülərdən dirilməsinə inanırsınızmı? Ata və oğul Makdauellərin bir nəfəsə qulaq asılan kitabı, bu suallara cavab tapmanıza kömək edəcək.
SEVGİ VƏ HÖRMƏT
Nikah haqqında qeyri-adi audio-kitab. Qadın yalnız bir arzusunun təmin olunmasını istəyir — sevilən olmaq. Bu tələbat ödəndiyi vaxt o, xoşbəxtdir. Kişinin isə yalnız bir arzusu var — özünə qarşı hörmət görmək. Onun bu tələbatı ödəndiyi vaxt kişi xoşbəxtdir. Bu hər iki ehtiyac ödəniləndə, inanılmaz şeylər baş verir. «Sevgi və hörmət» audio-kitabı ər-arvadın bir-birinə qarşı nə üçün mənfi reaksiya verdiklərini, bu cür reaksiyanı tez, asanlıqla və Müqəddəs Kitab həqiqətlərinə uyğun olaraq aradan necə qaldırmağın yollarını izah edir. Doktor Emerson Eqqerix arvadı Sara ilə birlikdə otuz illik məsləhət fəaliyyəti, eləcə də elmi və Müqəddəs Kitab araşdırmaları sayəsində sevgi və hörmət haqqında təlimi bütün Amerika boyunca yaya bilmişlər. Beləcə onlar evli cütlüklərin bir-birinə olan münasibətlərini, düşüncələrini və ünsiyyətlərini dəyişməyə nail olmuşlar. Siz öz nikahınız üçün nə istəyirsiniz? Sülh istəyirsiniz? Bir-birinizə qarşı doğmalıq hiss etmək istəyirsiniz? Bir-birinizdən razı qalmaq istəyirsiniz? Allahın planına uyğun nikah yaşamaq istəyirsiniz? Elədirsə, nə üçün həyatınıza bir qədər sevgi və hörmət daxil etməyi sınaqdan keçirməyəsiniz?
DUA EDƏN ARVADIN GÜCÜ
Məşhur amerikalı yazıçısı Stormi Omartian bu audio-kitabda duanın nə dərəcədə vacib olduğundan bəhs edir. Duanın gücü, özündən, öz gücünə olan iddialarından imtina etməkdən və sizi, ərinizi, bütün həyatınızı və əlbəttə ki, ər-arvad münasibətlərinizi dəyişdirməyə qadir olan Allahın qüdrətinə tam etibar etməkdən ibarətdir.
DUA EDƏN YENİYETMƏNİN GÜCÜ
Məşhur amerikalı yazıçı Stormi Omartian, bu audio-kitabı 13-19 yaşlı qızlara və oğlanlara ünvanlayıb. Gənclər bu kitabı dinləyən vaxt duanın gücünün nədən ibarət olduğunu anlayacaq, özləri, əzizləri və dostları üçün dua etməyi öyrənəcəklər. Bununla da Tanrı üçün mümkünsüz bir şeyin olmadığına əmin olacaqlar.
HƏYATIN ƏSAS MƏQSƏDİ
Allaha və Onun sizin üçün məqsədi olduğuna inanırsınızmı? Bəzi adamlar, hətta cənnət və cəhənnəm kimi ruhani məhvumlara belə inanmırlar. Bəziləri fikirləşirlər ki, həyat yalnız indi, yaşadıqları vaxt deməkdir və insan öldükdən sonra torpağa qarışır. Bundan sonra nə ruhani həyat, nə də ruhani məqsəd mövcuddur. Bəzilərinin məqsədi isə bu dünyada yalnız bacardıqları qədər çoxlu pul, var-dövlət toplamaq və zövq almaqdır. Məgər, doğrudanmı, bizim həyatımızın ilahi və ruhani məqsədlərlə heç bir bağlılığı yoxdur? Əgər bizi, həqiqətən də, Allah yaratmışsa, deməli, Onun bir məqsədi var. Biz o məqsədi və ya səbəbi bilməliyik.
ALLAHIN ÜRƏYİNCƏ OLAN QADIN
Amerikalı yazıçı Elizabet Corc «Allahın ürəyincə olan qadın» kitabında, müasir dövrdə İsa Məsihin ardınca gedən qadınların üzləşdikləri çətinliklərdən bəhs edir. Məsihçi həyatında düzgün tabeçilik dəyərlərini necə qurmalı; məsihçi qadının məbəddəki, yaxud ailədəki xidmətindən hansı daha vacibdir; öz vaxtını necə səmərəli istifadə etməli və bütün məsuliyyətlərinin öhdəsindən necə gəlməli kimi sualların bəzisinə siz bu audio-kitabda cavab tapacaqsınız.
ATA ƏLAQƏSİ
«Ata əlaqəsi» adlı kitabında Coş Makdauell uşaqlarla münasibətlərdə qarşılıqlı anlaşma və harmoniyanın əldə olunmasına kömək edən atalığın on keyfiyyəti haqqında danışır. Müqəddəs Kitabdakı açıqlamalar və canlı nümunələr sayəsində siz atalığa tamamilə yeni bir yanaşma öyrənəcəksiniz. Bu da uşaqlarınızın mənəvi dəyərlərinin möhkəm şəkildə qurulmasına və onlara həmişə düzgün seçim etməsinə imkan verəcək.
ƏBƏDİYYƏTƏ İNANIRAM
Nikolay Yerofeyeviç Boykonun adı 1968-ci ildən, onun soyadı imana görə məhkum olunanların siyahısına düşdüyü vaxtdan məşhurlaşmağa başladı. O, dəfələrlə azadlıqdan məhrum edilsə də, iman etdiyi ilk gündən insanlara Allahın sevgisini sevinclə müjdələyirdi. Bir Allah bilir ki, Nikolay həbsxanada necə təhqirlərə dözməli olub: onunla görüşməyə icazə verilmirdi, yaxınlarının məktubları ona çatdırılmadan məhv edilirdi, sətəlcəm ola-ola soyuq kamerada saxlanılırdı. Lakin Allah Öz qulunu məhəbbəti sayəsində qoruyurdu. O, bütün bunlardan sarsılmadı və onun təqib edənlərlə əməkdaşlıq etmədi. Təqibçilər onu sağ-salamat buraxmaq niyyətində deyildilər, amma o, ağlasığmaz dərəcədə işgəncələrə tab gətirərək Allahın köməyi sayəsində sağ-salamat qurtuldu. Onun qeyri-adi 82 illik ömür yolu bir daha təsdiqləyir ki, bizim qismətimiz Allahın əlindədir və ömrümüzü şərait deyil, Allahın iradəsi tənzimləyir. Həyatın sərtliyi onu sındıra bilmədi, əksinə, daha da möhkəmləndirdi.
XOŞBƏXT AİLƏNİN SİRRİ
«Xoşbəxt ailənin sirri» adlı audio kitab sizə xoşbəxt ailə həyatının prinsiplərini açacaq. Onlar Allah tərəfindən verildiyi üçün heç vaxt öz aktuallığını itirməyəcək. Bu prinsiplər həm yer üzünün qədim sakinləri, həm də kompyuter dövründə yaşayan bizim üçün dəyişilməz olaraq qalır. Ailənizin xoşbəxtliyini yalnız möhkəm bir təməldə — məsihçiliyin dəyərləri üzərində qura bilərsiniz. Müəllif ailə münasibətlərinin müxtəlif aspektlərinə etibarlı, zamanla sınanmış müdriklik mənbəyi olan Müqəddəs Yazıların nöqteyi-nəzərindən baxır. Bizi Öz surətində yaradan Allah daxili dünyamızı, ehtiyaclarımızı və tələbatlarımızı hər kəsdən yaxşı bilir. Bizə yalnız Onun müdrik məsləhətlərinə və göstərişlərinə əməl etmək, dolğun həyatdan zövq almaq qalır.
ƏR DUASININ GÜCÜ
Aydın məsələdir ki, ər və arvad birlik təşkil edir. Əgər sizin arvadınız xoşbəxtdirsə, siz də xoşbəxtsiniz; o, bədbəxtdirsə, şübhəsiz ki, siz də bədbəxt olacaqsınız. Çünki onun problemləri — sizin problemlərinizdir. Məhz buna görə onun üçün dua etməyiniz çox vacibdir. Çünki problemlər sizin hər ikinizə aiddir. Stormi Omartian Allahın birləşdirdiyi şəxsləri ayırmaq istəyən düşmənə qarşı necə davranmaq, ərinin həyat yoldaşından ötrü xüsusilə də, onun təhlükəsizliyi, insanlarla münasibəti, ruhani həyatı, gözəlliyi, işi, analığı üçün necə dua etmək barədə danışır. Aranızda nə olursa olsun, yadda saxlayın ki, əgər duada Allaha müraciət etsəniz, O, istənilən vəziyyəti yoluna qoya bilər
ZƏVVARIN SƏYYAHƏTİ
Bir tərəfdən ruhani, tərbiyəvi nəsrin çox gözəl nümunəsi, digər tərəfdən isə dünya ədəbiyyatının böyük klassik əsərlərinin siyahısında çoxdan yerini almış müdrik və ibrətamiz kitabdır. “Zəvvarın Səma ölkəsinə səyahəti» — insanın Allah axtarışını, rastlaşdığı şübhələri, tövbəsini və ruhani inkişafını təfsilatı ilə təsvir edən yeganə kitabdır. Con Bunyanın əsərində ruhani inkişaf üçün vasitələr və ya maneələr kimi həyatın müxtəlif hadisələri araşdırılıb. Hadisələr insanın öz yuxusunu nağıl etməsi formasında verilib. Bu da insan gözü ilə görünməyən daxili dünyanın proseslərini aydın, mənalı və maraqlı şəkildə təsvir etməyə imkan yaradır. Müəllif xilas yolunu allegorik formada təsvir edir.
ALLAHI RAZI SALAN İMAN
Allahı yalnız imanla razı salmaq olar. Mən özümü Allahı razı salmaq istəyən adamlardan biri hesab edirəm. Bu araşdırmamın yeganə məqsədi də uca Yaradanı razı salmağın yolunu öyrənmək və ömür boyu bu yolla getməkdir. Əgər siz də Allahı razı salmağa can atırsınızsa, bu araşdırmamı diqqətlə dinləyəcəksiniz.
DUA EDƏN QADININ GÜCÜ
Bəzən elə olur ki, qadınlar öz həyatlarını dəyişmək istəyirlər. Lakin Allahın köməyi olmadan zamanın sınağından keçmiş dəyişiklik mümkün deyil. Stormi Omartian həyatdan nümunələr gətirməklə, qadınların duasından və bu duanın nə dərəcədə effektli olmasından bəhs edir. Müəllif özü üçün vəsatət edən bir neçə dua nümunəsi göstərir. Bu duaların sayəsində həyatın dolğunluğunu tamamilə hiss edə və Allahın sizin qarşınıza qoyduğu məqsədə nail ola bilərsiniz.
ŞAHİD
Marvan qətllərin, insan oğurluğunun və zorakılığın şahidi olmuşdu. Bütün bunları cinayəti öz peşələrinə çevirənlər etmişdilər. Ondan can qurtarmaq istədikləri üçün bütün dəhşətli cinayətlərini yalnız onun üstünə atırlar. Beləcə, Marvanı əsas şübhəliyə çevirirlər. Onun isə yeganə yolu qaçmaqdır. Lakin düşmənlər Avropanın, Şimali Afrikanın ve Yaxın Şərqin altı ölkəsinin sərhədlərini aşaraq, onu təqib edirlər. Marvan gizlənmək ve kölgəyə çəkilmək istəyir. Lakin işıq bu qaranlığa nur saçaraq, əvvəllər onun üçün sirrə bürünmüş həqiqətin üstünü açır. Audio-kitabdakı bütün simalar və hadisələr müəllifin düşüncəsinin məhsuludur.
QIZIL ÜRƏK
Yelena Sokolovanın nağıl və məsəllərinin ölçüsü kiçik olsa da, məzmunu dolğun olub bütün ailə üçün maraqlı və mənalı hekayələrdən ibarətdir. Onun nağıllarında həyati müdriklik və Müqəddəs Kitabın nəsihətləri əyani şəkildə əks olunur, Allahın həqiqətləri yığcam və sadə şəkildə açıqlanılır.
MÜQƏDDƏS KİTABDA NİKAHIN SURƏTİ
Problemləri olmayan evli cütlük tanıyırsınızmı? Bütün çətinliklərin öhdəsindən gələ bilən ər-arvad görmək istərdinizmi? Həmin cütlük siz ola bilərsiniz! Bu audio-kitab ər-arvada sevgi və harmoniyada yaşamağı, nikahını gücləndirməyi və qorumağı öyrədir! Burada əsas açıqlanan mövzular bunlardır: ərin rolu, arvadın rolu, valideynlərlə olan münasibət, ailə büdcəsi, cinsi yaxınlıq, romantika, ünsiyyət, sadiqlik və s.
DÜZGÜN SEÇİM
Problemləri olmayan evli cütlük tanıyırsınızmı? Bütün çətinliklərin öhdəsindən gələ bilən ər-arvad görmək istərdinizmi? Həmin cütlük siz ola bilərsiniz! Bu audio-kitab ər-arvada sevgi və harmoniyada yaşamağı, nikahını gücləndirməyi və qorumağı öyrədir! Burada əsas açıqlanan mövzular bunlardır: ərin rolu, arvadın rolu, valideynlərlə olan münasibət, ailə büdcəsi, cinsi yaxınlıq, romantika, ünsiyyət, sadiqlik və s.
BALACA İŞILDABÖCƏK VƏ GÜNƏŞLİ TALANIN DİGƏR SAKİNLƏRİ
Balaca adlı işıldaböcəyin və onun dostlarının macəralarından bəhs edən bu şən, ibrətamiz nağıl məktəbəqədər uşaqlar və aşağı sinif şagirdləri üçün nəzərdə tutulmuşdu. Azyaşlı dinləyicilər bu nağıl vasitəsilə nəinki həşərat aləminin zənginliyi ilə tanış olacaq, eyni zamanda audio-kitabın qəhrəmanları ilə birlikdə öz yaxınlarına qarşı dürüst, xeyirxah, diqqətcil, qayğıkeş və səmimi olmağı öyrənəcəklər. Nağıl personajlarının həyatından bəhs edən hər bir kiçik hekayə Müqəddəs Kitaba əsaslanan nəsihətlərlə bitir.
SARSILMAZ
Bu audio-kitabda Coş Makdauell özü haqqında açıq və səmimi danışır. Coş hələ gənc ikən İsa Məsihin İlahiliyi barədə təlimin uydurma olduğunu sübut etməyə çalışmışdı. Məqsədinə çatmaq üçün qədim dövrlərdə bu hadisələr haqda yazılmış bir çox tarixi sənədləri araşdırmış və bu mövzudan başı çıxan adamlarla uzun-uzadı söhbətlər etmişdi. Nəticədə isə İsa Məsihin sadiq ardıcılına çevrilmişdi.
SARSILMAZ
Müəllif İsa Məsihin bəyanatları haqqında dəqiq və məntiqli araşdırma aparır, onların tarixən etibarlı olduğu qənaətinə gəlir. Bu audio-kitab İsa Məsihin ardıcıllarına öz imanlarına aid suallarına cavab tapmasına və həqiqəti axtaranların Müqəddəs Kitabı araşdırmasına kömək edəcək.