SARSILMAZ
Bu kitabda Coş Makdauell özü haqqında açıq və səmimi danışır. Coş hələ gənc yaşlarından, İsa Məsihin İlahiliyi barədə təlimin uydurma olduğunu sübut etməyə çalışmışdı. Bu məqsədlə də o, qədim dövrlərdə bu hadisələr barədə yazılmış bir çox tarixi sənədləri araşdırmağa başlamış və bu mövzudan başı çıxan adamlarla uzun-uzadı söhbətlər etmişdi. Nəticədə isə İsa Məsihin sadiq ardıcılına çevrilmişdi.
Download EPUB
UYDURMALAR VƏ HƏQIQƏT
Coş Makdauell və Bob Xostetler
Bəs həqiqət haradadır? Yalan haradadır? Yeniyetmə və gənclər addımbaşı bu sualla qarşılaşırlar: valideynlər bir söz deyir, dostlar isə tamam başqa şeylərdən bəhs edirlər. Hollivud filmlərinin təbliğ etdiyi həyat tərzini məbəd günah kimi öyrədir. Bəzən bu, həqiqətən də, ədalətli olur. Lakin əksər hallarda bütün bunların əsasında uydurmalar dayanır.
Download EPUB
Download FB2
Download PDF
ŞAHID
Marvan qətllərin, insan oğurluğunun və zorakılığın şahidi olmuşdu. Bütün bunları cinayəti öz peşələrinə çevirənlər etmişdilər. Ondan can qurtarmaq istədikləri üçün bütün dəhşətli cinayətlərini yalnız onun üstünə atırlar. Beləcə, Marvanı əsas şübhəliyə çevirirlər. Onun isə yeganə yolu qaçmaqdır. Lakin düşmənlər Avropanın, Şimali Afrikanın ve Yaxın Şərqin altı ölkəsinin sərhədlərini aşaraq, onu təqib edirlər. Marvan gizlənmək ve kölgəyə çəkilmək istəyir. Lakin işıq bu qaranlığa nur saçaraq, əvvəllər onun üçün sirrə bürünmüş həqiqətin üstünü açır. Audio-kitabdakı bütün simalar və hadisələr müəllifin düşüncəsinin məhsuludur.
MƏHƏBBƏTİN BEŞ DİLİ
Qeri Çepmenin «Məhəbbətin beş dili» konsepsiyasını - hədiyyə, sevdiyin insana vaxt ayırmaq, kömək etmək, ruhlandırmaq və toxunmaq dilləri - xülasə edən əsas kitabı. Hər insanın öz məhəbbət dili var. Ola bilsin ki, sevdiyiniz insan sizin dilinizi çətinliklə başa düşür. Çepmen bir növ tərcümə etməyi öyrədir. Kitabın əsas həcmi ər-arvadın sevgisini nümunə gətirməklə, beş dil konsepsiyasından ibarətdir. Çepmen həm öz dilini, həm də başqalarının dilini ayırd etməyi öyrədir. Baxmayaraq ki, Çepmenin müzakirə etdiyi əsas mövzusu ər-arvad sevgisidir, o, valideynlər, uşaqlar, dostlar, qonşular və s. kimi mövzulara da toxunur.
SEVGİ VƏ HÖRMƏT
Nikah haqqında qeyri-adi kitab. Qadın yalnız bir arzusunun təmin olunmasını istəyir — sevilən olmaq. Bu tələbat ödəndiyi vaxt o, xoşbəxtdir. Kişinin isə yalnız bir arzusu var — özünə qarşı hörmət görmək. Onun bu tələbatı ödəndiyi vaxt kişi xoşbəxtdir. Bu hər iki ehtiyac ödəniləndə, inanılmaz şeylər baş verir. «Sevgi və hörmət» kitabı ər-arvadın bir-birinə qarşı nə üçün mənfi reaksiya verdiklərini, bu cür reaksiyanı tez, asanlıqla və Müqəddəs Kitab həqiqətlərinə uyğun olaraq aradan necə qaldırmağın yollarını izah edir. Siz öz nikahınız üçün nə istəyirsiniz? Sülh istəyirsiniz? Bir-birinizə qarşı doğmalıq hiss etmək istəyirsiniz? Bir-birinizdən razı qalmaq istəyirsiniz? Allahın planına uyğun nikah yaşamaq istəyirsiniz? Elədirsə, nə üçün həyatınıza bir qədər sevgi və hörmət daxil etməyi sınaqdan keçirməyəsiniz?